Mərhum G.Hüseynoğlu M.Müşfiqin əsərlərini toplayıb nəşr edərkən bu misranı da külliyyata daxil etmişdi.
Sonralar o, misranın Müşfiqin olmadığını, səhvə yol verdiyini etiraf etmişdi. Nakam şairin yalnız çap olunmuş deyil, hafizələrdə qalmış şeirlərini də toplayan ədib bu parçanı kitaba bir xatirə əsasında salıbmış. İki gənc xanım yolda M.Müşfiqə rast gəlir, xanımlardan birinin əynində qırmızı rəngdə libas var imiş. M.Müşfiq onları görən kimi bədahətən bu misranı söyləyir. Həmin xanımlar şeirin M.Müşfiqə aid olduğunu düşünüblər. Misraya “Bəhram-Gülxəndan” dastanında duvaqqapmada rast gəlinir:
Al-yaşıl, abı sarı,
Bənövüş qara, qırmızı,
Alasan, geydirəsən,
Həmişə yara qırmızı.
Çərkəzi atlas ola,
Dizliyi xara qırmızı.
Mahalda yandırma məni,
Batarsan nara, qırmızı.
(“Bəhram-Gülxəndan”)